banner
banner

Gündəm

“Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirik…” – Anar, Fərhad Bədəlbəyli, Çingiz Abdullayev və daha kimlər…

“Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirik…” –

"Cənab Prezident, biz cəmıyyətın yaxşı tanıdığı bır jurnalıstın taleyındən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik."

Bu barədə Azərbaycanın tanınmış ictimai xadimlərinin həbsdə olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

Müraciəti Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıb.


“Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, sizdən artıq dərəcədə xahiş edirik ki, Turan İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz. Bu şəxsin ölkə mətbuatının ınkışafında böyük xidmətləri var, o nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb”, sənəddə qeyd edilir.


İctimai xadimlər xatırladır ki, Turan agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadısının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb.


“Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz Turan agentliyi çatdırıb.Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhlız” fılmındə Turanın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsinda dunyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb”.


Müraciətdə həmçinin qeyd edilir ki, Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ılə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.


Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

 cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.