banner
banner

Gündəm

Baş nazir imzalamışdı - Sabahdan bu qadağalar başlayır

Baş nazir imzalamışdı - Sabahdan bu qadağalar başlayır

Sabahdan – sentyabrın 1-dən etibarən Azərbaycanda daha bir qadağa qüvvəyə minir.

Qərara əsasən, sabahdan su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Bu haqda qərarı Baş nazir Əli Əsədov aprelin 14-də imzalayıb. Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.


Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı AzərbaycanDövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.

Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmayacaq:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

“Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə biləcəklər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanacaq.

Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanacaq.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etməyəcək. Yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.