banner
banner

Hərbİ

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə gedib

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərinə gəlib.

Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyinin rəsmisi erməni diversantlarının əsas məqsədini AÇIQLADI

Ermənistan tərəfi mayın 27-i saat 03:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər.

Azərbaycan Ermənistanın 6 hərbçisini əsir götürdü

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Azad olunmuş ərazilərimizdə yerləşən bölmələrdə bir sıra tədbirlər keçirilib

Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün bir sıra tədbirlər həyata keçirilib