banner
banner

Maraqlı

Pələng ilindən nə gözləyək? - PROQNOZ

Vəhşi heyvan olsa da, qəzəbli deyil. Aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır. Olduqca enerjili və dinamikdir. 2022-ci il enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Yaxşı sürprizlərə hazır olmaq lazımdır.

Firon I Amenhotepin görünüşü bərpa edilib - FOTO

İlk dəfə olaraq firon I Amenhotepin mumiyası kompyuter tomoqrafiyası (KT) skanerindən istifadə edilərək araşdırılıb. Bu mumiyanın həqiqiliyini təsdiqləməyə və qədim Misir hökmdarının xarici görünüşünü yenidən qurmağa kömək edib.

Qanda şəkərin miqdarını azaldan qidalar açıqlandı

Rusiyalı dietoloq Yelena Solomatina bildirib ki, tərkibində lif, xrom və zülal olan qidalar qanda şəkərin miqdarını aşağı salmağa kömək edir. Onun sözlərinə görə, məhz elə bu baxımdan liflə zəngin tərəvəzlər yemək faydalıdır.

Canlı yayımda bağırsaq əməliyyatı - FOTO

23 və 24 dekabr tarixlərində Bakıda Qazaxıstanın Aktau OR1 inteqrasiya olunmuş əməliyyat blokunun açılışının 10 illiyi münasibətilə “OR1 FEST” endocərrahiyə konfransı keçirilib.

Vanqanın 2022-ci il üçün proqnozları açıqlandı

Görücü Vanqa 2022-ci ildə baş verəcək bir sıra hadisələri proqnozlaşdırıb. Məlumata görə, Vanqa uzun müddətdir əbədi buzlaqlarda gizlənən bir xəstəliyin oyanacağını, iqlim dəyişikliyinə görə əriyən buzun altından çıxaraq dünyanı bürüyəcəyini bildirib.

“Roskosmos” və NASA birgə uçuşa hazırlaşır

“Roskosmos” 2022-2024-cü illərdə NASA ilə birlikdə ildə çarpaz uçuş həyata keçirməyi planlaşdırır. Cia.az xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Dmitri Roqozin “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Türkiyədə yerin altında qədim sinaqoq aşkar edildi - FOTO

Türkiyəli arxeoloqlar ölkənin cənubunda apardıqları qazıntılar nəticəsində VII əsrə aid sinaqoq aşkar ediblər. Qeyd olunur ki, dini abidə Antalyanın Manavqat rayonunun Side şəhərində uzun sürən qazıntılar nəticəsində tapılıb.

ABŞ-da köpək balığı sörfçünün həyatına son qoyub

ABŞ-ın Kaliforniya ştatında köpək balığının hücumuna məruz qalan sörfçü həyatını itirib. “Hadisənin baş verdiyi liman ərazisinin rəhbərliyi, polis və yanğınsöndürənlər bir nəfərin sudan çıxarıldıqdan sonra sahildə huşsuz vəziyyətdə qalması ilə bağlı xəbərlərə reaksiya veriblər. Sörfçünün köpəkbalığı hücumuna məruz qaldığı ehtimal edilir”, - liman idarəsinin yaydığı məlumatda deyilir.

Koronavirusdan effektiv qorunma aşkar edilib

Təmiz mis və ya mis birləşmələrindən ibarət örtüklər SARS-CoV-2 koronavirusunu tez bir zamanda təsirsiz hala salır, hətta məhv edir. Bu barədə Kanadanın Vaterloo Universiteti alimlərinin “APL Materials” jurnalında dərc olunan məqaləsində deyilir.

Amerikalı generalın sökülən abidəsində 19-cu əsrə aid məktub tapılıb - FOTO

Amerikalı tədqiqatçılar general Linin heykəlinin postamentində 19-cu əsrə aid zaman kapsulunu tapıblar. Məlumata görə, Virciniya ştatının Riçmond şəhərində abidə sökülən zaman postamentdə kiçik qurğuşun qutu tapılıb. Onun içində məktub, üç kitab və 19-cu əsrə aid gümüş sikkə olan zərf olub. 130 illik kitabın məzmunu hələ məlum deyil - onlar nəmdir və onları bərpa etmək lazımdır.