Dünya
"Air China" təyyarəsi Belarusda qəza enişi edib
"Air China" aviaşirkətinin təyyarəsi Belarusda, Minsk aeroportunda qəza enişi edib.
Obama növbəti prezident seçkilərində siyasətə qayıda bilər
ABŞ-ın keçmiş prezidenti Barak Obama 2020-ci ildə növbəti prezident seçkilərində Demokrat partiyasından namizəd olaraq çıxış edə bilər, bu barədə Vanity fair jurnalı yazır.
Suriya ordusu bombalandı, ABŞ təkzib etdi
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Əbu Kamal şəhərinin cənub-şərqində yerləşən mövqelərinə havadan hücum təşkil edib
Alman mediası: "Ərdoğan gecə yarısına qədər ofisdə çalışır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gecə yarısına qədər ofisdə çalışır və qeydlərlə dolu olan kitabçanı daim üzərində daşıyır
Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb
İyunun 10-da Böyük Britaniyanın Hitrou hava limanında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan Finlandiya vətəndaşı azadlığa buraxılıb.
Niderlandda avtobusu festival tamaşaçılarının üstünə sürdülər: ölən və yaralananlar var
Niderlandın cənubunda avtobus musiqi festivalının tamaşaçılarının üstünə sürülüb.
İndoneziyada qayıq batdı - 13 ölü
İndoneziyanın Sulavesi adası sahillərində qayığın batması nəticəsində 13 nəfər həlak olub.
PKK-ya yenidən zərbə
Türk Silahlı Qüvvələri (TSQ), İraqın şimalındakı Zap bölgəsində təşkil edilən hava hücumu əməliyyatı zamanı üç terroristin məhv edildiyini bildirdi.
BMT Baş Assambleyası Fələstinə dair qətnamə qəbul etdi
BMT Baş Assambleyası, İsrailin Qəzza Zolağında hərəkətlərini qınayan qərarı səs çoxluğu ilə qəbul etdi.
Türkiyə prezidentinin mətbuat katibi BMT qətnaməsini uğur adlandırıb
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın: "BMT-nin Fələstin qərarı böyük müvəffəqiyyətdir."
Seçkilərdə qələbə qazanacağı təqdirdə Ərdoğan ölkədə fövqəladə vəziyyətin ləğv edilməsi məsələsinin baxılmağına hazırdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident seçkilərində qələbə qazanacağı təqdirdə hələdə ölkədə qüvvədə olan fövqəladə vəziyyətin ləğv edilməsi məsələsinə baxılacağını bildirib.
Tramp doğum günü ilə əlaqədar bir gün istirahət götürdü
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp cümə axşamı ad günü ilə əlaqədar bir gün istirahət götürdü.
Yapon hökuməti Abe və Kim Çen In görüşünü Vladivostokda keçirməyi hədəfləyir
Yaponiya hökuməti baş nazir Şinzo Abenin və KXDR lideri Kim Çen In arasında görüşünün əsas variantı kimi bu il Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunun (WEF) toplantısını nəzərdən keçirir.


