Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
Cia.az 32gun.az-a istinadla bildirir ki, birlik 1 ədəd 17+1 yerlik sərnişin mikroavtobusunun satın alınması üzrə tenderə start verib. Müsabiqənin texniki şərtlərinə əsasən, alınacaq nəqliyyat vasitəsi yeni, qara rəngdə, minimum 2700 sm³ iş həcmli və 350 Nm fırlanma anına malik Euro V standartlı turbo dizel mühərriklə, həmçinin minimum 6 pilləli mexaniki sürətlər qutusu və arxa ötürücü sistemi ilə təchiz olunmalıdır.
Avtomobilin tam kütləsi minimum 4000 kiloqram, uzunluğu 5500–6000 mm aralığında olmalı, salon və sürücü hissəsi üçün kondisioner, ABS, EBD, ESC/ESP təhlükəsizlik sistemləri, hava yastıqları, ikiqat arxa təkərlər, arxa görüntü kamerası və monitorla təmin edilməlidir. Şərtlərə görə, təchizatçı nəqliyyat vasitəsinə minimum 2 il və ya 200.000 kilometr zəmanət verməli, həmçinin avtomobilin DİN-in Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınaraq dövlət qeydiyyat nişanı və şəhadətnaməsi ilə birlikdə təhvil verilməsini təmin etməlidir.
Sözügedən mikroavtobusun satın alınması üçün elan edilmiş tenderin ehtimal olunan qiyməti 79.500,00 AZN (79 min 500 manat) təşkil edir.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.