banner
banner

Mədənİyyət

Yazıçı Bernardin Evaristo Kral Ədəbiyyat Cəmiyyətinin prezidenti olacaq

2019-cu ildə “Qız, qadın, başqaları” romanı ilə Buker Mükafatını qazanan yazıçı Bernardin Evaristo bu ilin sonunda Marina Uornerin yerinə keçəcək. Cia.az “The Guardian”a istinadən xəbər verir ki, Bernardine Evaristo Kral Ədəbiyyat Cəmiyyətinin növbəti prezidenti, bu vəzifəni tutan ilk qaradərili yazıçı olacaq. O, cəmiyyətin 200 illik tarixində ikinci qadın prezident olacaq.

ARB-dən ötən gün yayımlanan “Həmin Zaur” verilişi ilə bağlı AÇIQLAMA

“ARB Media Qrup” sosial şəbəkələrdə “Həmin Zaur” verilişi ilə bağlı səsləndirilən əsassız iddialarla əlaqədar açıqlama yayıb. Kanalın mətbuat katibi Mail Əsgərov bildirib ki, ARB televiziyası ötən gün baş verən Qaraheybət faciəsi ilə əlaqədar “Həmin Zaur” verilişinin kontentində köklü dəyişikliklər edib.

Nizami Gəncəvinin “Yeddi gözəl”i Madriddə təqdim olundu

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Madriddə işıq üzü görmüş “Yeddi gözəl” kitabının “Espacio Ronda” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin tanınmış nümayəndələri, elm və sənət adamları iştirak ediblər.

MEDİA gənc jurnalistlər üçün seminarlara başladı -FOTO

Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.

Tanınmış dizayner 41 yaşında vəfat etdi

Amerikalı dizayner və modelyer, “Off-White” brendinin yaradıcısı və “Louis Vuitton”un kişi geyimləri xəttinin rəhbəri Vircil Ablo 41 yaşında dünyasını dəyişib.Cia.az xəbər verir ki, bu barədə onun instaqram hesabında məlumat verilib.

Aleksandr Qradskiy vəfat etdi

Rusiyanın Xalq artisti Aleksandr Qradskiy vəfat edib. Bu barədə Cia.az “İzvestiya” qəzetinə istinadən xəbər verir.

Xalq artistinin qızına Nazirlikdə yüksək vəzifə verildi

Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində (XİN) yüksək vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl Azərbaycanın xarici ölkələrin birinin səfirliyində müşavir və 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli geri çağırılaraq XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.