10 yaş gəncləşdirir... - Bu qidaların kollagenlə zəngin olduğunu çox az adam bilir
Yaşlandıqca dərinin qırışmağa və sallanmağa başlaması və ağ saçların görünməsi kimi dəyişiklikləri müşahidə edirik. Ancaq kollagen tərkibli qidalar bunların qarşısını ala, qırışların və incə xəttlərin yaranmasını xeyli gecikdirə bilər. Dr. Deyv Reilli kollagenlə zəngin qidaların dərinin güclü və möhkəm qalmasına kömək etdiyini bildirib. Onun sözlərinə görə, kollagen liqamentlərin və birləşdirici toxumaların mühüm tərkib hissəsidir, yaraları sağaldan və dərini gücləndirən xüsusiyyətlərə malikdir. Buna görə də, kollagen qırışların görünüşünü azalda, ümumi dəri toxumasını yaxşılaşdıra və əzələlərin bərpasına kömək edə bilər. “Heç kimə sirr deyil ki, yediyimiz qidalar sağlamlığımıza birbaşa təsir göstərir. Balanslaşdırılmış pəhriz və yediyiniz qidaları şüurlu şəkildə seçmək sağlamlığınıza fayda gətirməklə yanaşı, daha gənc görünməyinizi də təmin edə bilər. Yaşlandıqca və kollagen istehsalınız azaldıqca, qida rasionunuza kollagen artıran qidaları daha çox daxil etməlisiniz”, - deyə doktor qeyd edib. O, kollegenli qida çeşidinin təxmin ediləndən daha çox olduğunu vurğulayıb. Həkim ət suyu, toyuq əti, yumurta ağı kimi kollagen mənbələrindən bezənlər üçün bol miqdarda kollagen ehtiva etdiyi çox adam tərəfindən bilinməyən qidaların adlarını açıqlayıb. Həmin qidaları təqdim edirik: - Giləmeyvələr - Sarımsaq - Paxlalılar
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.