Azərbaycanda Baş Dövlət Yol Polis İdarəsindən sürücüyə qeyri-adi bildiriş gəlib.
CİA.Az anspress-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bildirilir ki, yol polisi tərəfindən “VAZ-2104” markalı avtomobilin sürücüsünə göndərilən bildirişdə maşının sürət həddini pozması qeyd olunur.
Göndərilən radar bildirişinə əsasən “VAZ-2104” markalı avtomobilin sürücüsü maşını 230 km. saatla idarə edib. Fotoda göstərilir ki, bildiriş ötən ilin mart ayının 4-də göndərilib.
Qeyd edək ki, “VAZ-2104” markalı avtomobilin maksimal sürəti 145-dir.
Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə, bu hadisə ötən il baş verib. Onun sözlərinə görə, bildiriş göndərilən sürücü idarəyə müraciət edib.
“Araşdırmalar aparılıb. Məlum olub ki, hadisə texniki səhv ucbatından baş verib. Həmin protokol mart ayının 31-də ləğv edilib”, - deyə Kamran Əliyev bildirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.