banner
banner

Gündəm

İntihar edən xanəndənin qardaşı ifadəsini dəyişdi

İntihar edən xanəndənin qardaşı ifadəsini dəyişdi

“Qardaşım Elçinlə bir dəfə telefon əlaqəsi saxlaya bilmişik. Söhbətimiz zamanı o, qətllə bağlı heç nə demədi. Hal-əhval tutduq, salamat olduğunu dedi”.

CİA.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, qardaşı Elçin Hüseynov vəkili ilə söhbətində xanəndə Miryusifin qətlindən xəbərsiz olduğunu söyləyib və ifadəsini dəyişib.

"Hazırda Elçinin işini Ağcabədi Rayon Polis İdarəsi araşdırır. Biz onunla hələ də üz-üzə danışa bilməmişik. Bərdə rayon Polis İdarəsində verdiyi izahatla vəkilinə verdiyi izahat bir-birini təkzib edir. Orada qətli etiraf edirdisə, burada isə tamamilə əksini deyir. Düşünürük ki, onu qorxudublar, bəlkə də buna görə ilkin ifadəsində qətldən xəbərdar olduğunu deyib. Biz də bilmirik, hadisə necə olub, günahkar kimdir. Yəqin, araşdırmadan sonra həqiqətlər üzə çıxacaq”.

Qeyd edək ki, avqust ayında xanəndə Novruz Hüseynov yaxın dostu Miryusif Mirizadəni bıçaqla qətlə yetirib, daha sonra isə özünü Qarabağ kanalına ataraq intihar edib. Müəmmalı qətllə bağlı müxtəlif versiyalar səsləndirilib. Məlumata görə, xanəndələr hadisə baş verən gün narkotik maddə qəbul ediblər. Qətllə əlaqədar araşdırma zamanı xanəndə Novruz Hüseynovun qardaşı Elçin HÜseynov polis tərəfindən saxlanılıb. Ona qarşı cinayəti bilib gizlətdiyinə görə iş açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.