Azərbaycanda 1987-ci ildən 1 yanvar 2015-ci ilə qədər İİV-ə yoluxanların sayı 4902 nəfərdir.
Bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Bunların 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri əcnəbidir. İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının 3597 nəfəri kişi, 1138 nəfəri qadındır. 2014-cü il ərzində isə Azərbaycanda 604 nəfər İİV-ə yoluxub. Onların 586 nəfəri Azərbaycan vətəndaşı (361 kişi, 225 qadın), 18 nəfəri (14 kişi, 4 qadın) əcnəbidir. Qeyd olunub ki, bu da Azərbaycanda İİV-ə yoluxanlar arasında qadınların xüsusi çəkisinin artmaqda olduğunu göstərir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.