banner
banner

Gündəm

İlyas İsmayılov: "Əks halda, mən Etimadı qoruya bilərdim…"

İlyas İsmayılov: "Əks halda, mən Etimadı qoruya bilərdim…"

"Mən bu xəbəri kədərlə, acı çəkə-çəkə qəbul etdim. Bu, mənim üçün çox böyük itkidir".

Bunu virtualaz.org-a oğlu Etimad İsmayılovun qətli haqda informasiyanı şərh edərkən sabiq baş prokuror İlyas İsmayılov deyib.

İ.İsmayılov qeyd edib ki, oğlunun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ona zəng vurub və deyib ki, qatil Gözəl Dəmirovun onun oğluna böyük miqdarda borcu olub.

"Görünür, o, borcunu belə ödəyib", - İ.İsmayılov deyib.

Oğlunun Gözəl Dəmirovla ümumi biznesinin olub-olmadığı ilə bağlı suala cavabında İlyas İsmayılov bildirib ki, Etimad onu öz işlərinə qatmayıb: “Əks halda mən öz oğlumu qoruya bilərdim".

Xatırladaq ki, qətl hadisəsi İstanbulun Florya rayonunda Etimad İsmayılovun ofisində baş verib. Dəmir Gözəlov ona üç dəfə atəş açıb. Başından 2 və ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov aparıldığı xəstəxanada vəfat edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.