Model Gigi Hadidlə sevgili olan müğənni Zeyn Malik haqda gözlənilməz iddia ortaya çıxıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının bir masajçı ilə Gigiyə xəyanət etdiyi ortaya çıxıb. Belə ki, Enrika Petronqari adlı qadın Zeynin onunla bir gecə keçirdiyini bildirib: "Malikin köməkçisi mənə zəng vurdu və evə masaja çağırdı. Zeyni görməyənədək kimin evinə gedəcəyimi bilmiridim. İşimi gördüyüm ərəfədə o, əlimdən tutdu və məndən xoşu gəldiyini dedi. Biz gecəni birlikdə keçirdik. Amma sonra başa düşdüm ki, Malik məndən istifadə edib".
Enrika hətta selfi çəkdirərək sosial mediada yayıb və həmin evin sənətçiyə aid olduğunu qeyd edib.
Hələ ki, hadisə ilə bağlı nə Zeyn, nə də Gigi heç bir açıqlama verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.