Ötən 6 ay ərzində Xəzər dənizinin Mazandaran vilayəti sahillərində 68-i kişi, 5-i qadın olmaqla 73 nəfər batıb.
Trend-in məlumatına görə, bu barədə Mazandaran Vilayətinin Tibbi Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasiyə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, hər il yay fəslinin gəlişi ilə istirahət üçün Mazandaran vilayətinin meşəlikləri və dəniz kənarına çoxlu sayda turist gəlir: "Xəzər dənizində nəzərdə tutulan obyektlərdən kənarda çimmək, üzgüçülüklə tanış olmamaq, dənizdə üzməyin hovuzda çimməklə fərqli olduğunu bilməmək hadisələrin baş verməsinin əsas səbəbləridir".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.