“Organize işler 2” filmi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan aktyor Kıvanç Tatlıtuğ xanımı Başak Dizerə qadağa qoyub. Aktyor xanımının reklam üçün kamera önünə keçməsini istəmir.
Başak ona gələn 1 milyon lirəlik reklam təklifi üçün Kıvançı razı sala bilməyib. Bildirilir ki, Tatlıtuğ qısqanc olduğundan xanımının ekranlarda görünməsinin əleyhinədir. Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Aktyor ailəsini mediadan uzaq tutmağa çalışır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.