"İndi sekslə daha çox məşğul oluruq" - İqlesias şəxsi həyatından danışdı
İspaniyalı müğənni Enriki İqlesias kanallardan birinə müsahibə verib. 43 yaşlı ifaçı şəxsi həyatı haqda danışıb. 37 yaşlı rusiyalı tennisçi Anna Kurnikova ilə 17 ildir sevgili olan Enriki "Nə vaxt evlənməyi düşünürsünüz" sualına belə cavab verib:
"Uzun müddət kiminləsə birlikdə olmaq elə evlənmək kimi bir şeydir. Amma gələcəkdə münasibətimizi rəsmiləşdirə də bilərəm". Ötən il əkiz övladları - Lyusi və Nikolas dünyaya gələn sənətçi ata olduqdan sonra çox dəyişdiyini vurğulayıb: "Ata olmaq gözəl hissdir. Bu, dünyada ən gözəl hisslərdən biridir. Ata olduqdan sonra çox dəyişdim. İndi avtomobili daha asta sürürəm. Eləmək istədiyim axmaq hərəkətləri qabaqcadan bir neçə dəfə düşünürəm. İndi daha məsuliyyətliyəm". İqlesias Anna ilə münasibətlərinə də toxunub. O, zamanlarını daha çox uşaqlara ayırdıqlarını, lakin buna baxmayaraq sevgilisi ilə əvvəlkindən daha çox sekslə məşğul olduğunu bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.