Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən şoumen Mehmet Ali Erbilin vəziyyəti hələ də ağırdır.
Axşam.az-ın türk mətbuatına istinadən xəbərinə görə, bu barədə Erbilin həkimi Klod Kayuka açıqlama verib:
“Hazırda dəqiq məlumat verə bilmərəm. Biz də gözləyirik. Bunun qabırğaların sınması ilə əlaqəsi yoxdur. 16 illik xəstəliyi ortaya çıxıb. Bu dəfə vəziyyət digərlərindən ağırdır”.
Qeyd edək ki, aparıcı yıxıldığı üçün qabırğaları sınıb və ağciyərinə batıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.