banner
banner

Sosİal

Avtobusda əlilə qarşı-RƏZALƏT+VİDEO

Avtobusda əlilə qarşı-RƏZALƏT+VİDEO

Blogger Mehman Hüseynov sərnişin avtobusları ilə bağlı daha bir rəzaləti ortaya çıxarıb. Videodan göründüyü kimi avtobusların heç biri əlillərə avtobus saxlamır, saxladıqda isə əlilə qanunla nəzərdə tutulmuş xidməti göstərməkdən imtina edirlər.

Cia.az xəbər veriri ki, blogger öz Facebook hesabında bunları yazıb:

Bakıya Avropa oyunları ərəfəsi əlillər üçün nəzərdə tutulmuş avtobuslar gətirilib. Çox alqışalaiq bir addım idi. Amma baxın görün bugün nələr baş verir. Bu sadəcə dəhşətdir? Niyə bunlar əlilliyi olan insanları bu cəmiyyətdən ayrıllar? Niyə ayrıseçkilik edirlər? Onlar düşünmürlər ki bu həyatda heç kim sığortalanmayıb. Sabah hər bir kəsin başına gələ bilər. …. Videoya baxıb mütləq hər yerdə paylaşın! Qoy bu cür insanları hamı tanısın. Qoy diqər sürücülər buna baxıb nəticə çıxartsınlar. Bu cür insanlarla biz Avropa oyunlarına hazırlaşırıq? Sizlərin də qarşınıza belə hallar çıxsa mütləq etiraz edin!..

Bu gün mən də bu ayrı-seçkiliyə dözmədim, avtobusun qarşısını kəsdim və sürücüdən tələb elədim ki, bu əlil vətəndaş avtobusa minəcək! Nə qədər çətin olsa da biz buna nail olduq! Baxın necə sürücülər ilə üz üzəyik!….Nəqliyyat Nazirliyi və Avropa oyunlarına cavabdeh olan məmurlar bu ayrı-seçkiliyə nə cavab verəcək?!

Videonu olduğu kimi təqdim edirik:

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.