banner
banner

Gündəm

İtini 21 min manatlıq geyimlə gəzintiyə çıxardı - Hacıyeva yenə gündəmdə

İtini 21 min manatlıq geyimlə gəzintiyə çıxardı

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva yenidən ingilis mediasının diqqət mərkəzinə çevrilib. 

Iti ilə gəzintiyə çıxan Zamirə bahalı geyimləri ilə fotokameralara tuş gəlib. Zamirə itini Knightsbridge-də dəyəri 11,5 milyon olan evinin yaxınlığında gəzdirib.
Qadının "Gucci Ace" idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1361 manat), "Gucci"dən olan şalvarı isə 530 funt sterlinqdir (1154 manat).
Z.Hacıyevanın taxdığı "Miu Miu" eynəyinin dəyəri isə 290 funt sterlinqdir (təxminən 631 manat).
Zamirənin 6500 funt sterlinq (təxminən 14 152 manat) dəyəri olan çantası isə "Hermes" brendindəndir. İngilis mediası onun qara gödəkçəsinin dəyərinin isə 800 funt sterlinq (təxminən 1742 manat) olduğunu yazıb. 
Sayt Hacıyevanın itinin isə çox bahalı olduğunu vurğulayıb. Əgər itin də qiymətini hesablasaq Zamirə Hacıyeva gəzinti üçün təxminən 10 min funt sterlinq (21 771 manat) pul xərcləyib. Çünki onun itinin dəyəri 1000 funt sterlinqdir (2177 manat). Onun yeməyinə isə hər 6 aydan bir 1500 funt sterlinq (3266 manat) xərclənir" deyə, yazıda qeyd olunub.

Qeyd edək ki, Zamirə bir müddət əvvəl dünya mediasında son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləməsi ilə gündəmə gəlmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.