Ümumtəhsil məktəblərində peşəyönümü tədbirlərinə başlanılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən paytaxtın ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda peşəyönümü tədbirlərinə başlanılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, paytaxtın Nərimanov, Xətai və Nəsimi rayonlarındakı ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri, habelə məşğulluq xidmətləri haqqında ətraflı məlumatlar verilib. Hər bir gəncin gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olmasında onun düzgün peşə seçimi etməsinin, həmçinin öz əmək bacarıqlarını obyektiv qiymətləndirə bilməsinin vacibliyi diqqətə çatdırılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.