Ay ərzində "sürüşən" yenə bu ərazilər oldu - Badamdar, Zığ, "Zəli gölü", Nübar qəsəbəsi
2018-ci ilin oktyabr ayında ölkə ərazisində, o cümlədən Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, Səbail rayonu, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib.
Onun sözlərinə görə, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr qeydə alınıb: "13 oktyabr tarixində isə ərazidə sürüşmə, çökmə-oturma prosesi baş verib. Prosesə məruz qalmış sahənin eni 200-220 m, uzunluğu 250-280 m, müvafiq qırılma qaşının hündürlüyü isə 10 metrə qədər olub. Hazırda ərazidə gərgin vəziyyət saxlanılmaqdadır".
Ə.Qaralov əlavə edib ki, "Teleqüllə" sürüşmə sahəsində də monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib: "Həmçinin "Buxta küçəsi" sahəsində monitorinq işləri davam etdirilib, quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb".
Suraxanı rayonu, Zığ-1 sürüşmə zonasına gəlincə, ekspedisiya rəisi deyib ki, burada ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub:
"Bundan başqa, Masazır qəsəbəsi, "Zəli gölü" adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında, eləcə də Nübar qəsəbəsi sürüşmə zonasında təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.