"Aşk Sancıları" adlı mahnı ilə məşhurlaşan müğənni Tolgay ötən gün konsert proqramı ilə çıxış edib. Tolqay xeyriyyə məqsədli konsertində Sərdar Ortaçın pencəyini geyinib. O, Sərdardan konserti üçün pencəyini istəyib və sənətçi onun istəyinə müsbət cavab verib.
Tolqay konsertdən yığılan pulla 300 şagirdə məktəb ləvazimatları alıb. Müğənni eyni zamanda Sərdara da təşəkkür edib.
Qeyd edək ki, Ortaçın pencəyi solo konserti üçün hazırlanmışdı. 4 dərzinin 1 ayda tikdiyi pencəyin üzərində 20 min ədəd svarovski qaş var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.