banner
banner

Gündəm

"Bir xahiş etdim, sözümü yerə saldın” - “Qoca”dan Fədayəyə məktub

"Bir xahiş etdim, sözümü yerə saldın”

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

CİA.az Yenicağ-a istinadən xəbər verir ki, məhkəmə prosesində F.Laçının vəkili Türkel Süleymanlı da çıxış edib. Vəkil Fədayə və “Qoca” ilə bağlı maraqlı fakt da açıqlayıb:

“Cinayət işinin içində heç bir maddi sübut yoxdur. Hər bir şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Prokuror hesab edir ki, Fədayə xanım cinayət törədib. Lap törədibsə də, ola bilsin ki, psixoloji təsir altında törədib. Çünki Etibar Məmmədov (Qoca) çox təhlükəli adam olub. Xüsusi təhlükəli cinayətkardır. Bunu prokuror özü də deyib. Elə bir adamın xahişini yerə salmaq nəinki qadın üçün, elə kişi üçün də çətindir. Lap mehriban şəkildə bunu ondan istəsə də, bu xahişi yerinə yetirməmək mümkünsüzdür. Hər adamın gücü çatmazdı ki, bu xahişdən imtina etsin. Fədayə özü cinayət qurbanıdır. Fədayənin “Qoca”ya açar verməsi barədə ifadəsi var. Belə bir açar istifadə olunub, ya olunmayıb, ortada sübut yoxdur. Açar tapılmayıb axı. Bəlkə “Qoca” başqa açarla pəncərəni açıb”.

T.Süleymanlı “Qoca”nın qaçmazdan öncə Fədayəyə mesajlar yazdığını deyib:

“Bir ay ərzində “Qoca” dəfələrlə Fədayəyə zəng edib, mesajlar yazıb. “Nə oldu, dost deyilik? Bir xahiş etdim, sözümü yerə saldın”- bu tip mesajlar var. O, Fədayəni qorxutmayıb, söyüş söyməyib, amma psixi təsir edir. İstənilən insan belə adamla ünsiyyətdə olsa, qorxar, o da ola qadın”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.