banner
banner

Gündəm

14 noyabr - Ümumdünya Diabet Günüdür

14 noyabr - Ümumdünya Diabet Günüdür

Kanada fizioloqu Frederik Bantinqin uşaqlıq dostu şəkərli diabet xəstəliyindən vəfat edib. Faciəli hadisə onu həmin xəstəliyin müalicəsi üçün vasitə tapmaq barədə axtarışa təhrik edib.

Qədim Roma təbibləri Sels və Aret bəzi xəstələrdə çoxlu sidik ifrazı, həddən artıq susuzluq əmələ gəldiyi və çəki itkisini qeyd edirdi. XVII əsrdə ingilis həkimi Tomas Uillis isə həmin əlamətlər olan xəstələrdə sidiyin şirintəhər dada malik olduğunu vurğulayırdı. XIX əsrdə isə nazik bağırsaqda nişastanın qlükozaya çevrilməsi və qaraciyərə daxil olan qan nəticəsində diabetə səbəb olması müəyyən edilmişdi.

Lakin uzun əsrlər boyu "şəkərli diabet" diaqnozu qoyulan xəstələr onunla mübarizə vasitələri tapa bilmirdilər və nəinki sağalmağa, hətta yaşamağa da ümid verən hormondan xəbərsiz idilər.

 

1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarında çıxarılıb.

Bantinq apardığı tədqiqatlarının nəticələrinə görə doktorluq dissertasiyası müdafiə edərək Toronto universitetində elmi dərəcə alıb. 1923-cü ildə Ontario vilayətinin hakimiyyət orqanları Toronto universitetində onun adına tibbi tədqiqatlar bölməsi təsis edib.

Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas etdi. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq olur. 1923-cü ildə biokimya və təbabət sahəsində Nobel mükafatı Bantinq və Makleoda verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.