Vaqif Əsədov: Məktəb yaşlı uşaqların vurulması halı minimuma endirilib
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə paytaxtda yerləşən 276 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə polis əməkdaşları ilə yanaşı məktəbin pedaqoji kollektivi də iştirak edib. Əvvəlcə çıxış edən məktəbin direktoru Bəhram Şiriyev polis əməkdaşlarına şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği işində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra şagirdlər qarşısında çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirici tədbirlərinin mütamadi olaraq keçirildiyini bildirib. O, qeyd edib ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir. V.Əsədov həmçinin bildirib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
Görüş zamanı şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır fəsadlardan bəhs edən sosial video çarxlar nümayiş etdirilib. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verilib. Tədbirdə aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.