banner
banner

Gündəm

Ceyhun Bayramov “AmCham” üzvləri ilə görüşüb

Ceyhun Bayramov “AmCham” üzvləri ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvləri üçün təşkil edildiyi aylıq işgüzar naharda iştirak edib.

Palatadan Trend-ə verilən məlumata görə, “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova tədbiri açıq elan etdikdən sonra söz təhsil naziri C.Bayramova verilib. Təhsil naziri öz çıxışında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində görülmüş işlərdən, təhsil sistemində əldə edilmiş nailiyyətlərdən danışıb. Ceyhun Bayramov iştirakçılara təhsil sahəsində dövlət-özəl sektor əməkdaşlığının mövcud modelləri və bu istiqamətdə mümkün layihələr haqqında ətraflı məlumat verib.

İşgüzar naharda “AmCham”ın üzvləri tərəfindən təqdimatlar keçirilib. Həmçinin, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndələri Azərbaycanın 22 rayonunda həssas uşaqları dəstəkləmək üçün yeni sosial biznes layihəsini təqdim ediblər.

 

Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edir. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.Top of FormBottom of Form



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.