NATO Estoniyanın Tartu şəhərində "Kiberkoalisiya" adlı kibertəlimlər keçirir.
Trend-in məlumatına görə, təlimlər "NATO ölkələrində kibermüdafiə üzrə mütəxəssislərin hazırlanması və onların NATO-nun şəbəkələrinin və ölkə şəbəkələrinin qorunması üzrə bacarıqlarının yoxlanılmasına yönəldilib.
11-ci dəfə keçirilən təlimlərdə NATO-nun üzv ölkələrindən, tərəfdaş ölkələrində, sənaye və elmi dairələrdən 700-ə yaxın insan iştirak edir.
Təlimlərin məqsədləri NATO və üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi, alyansın kiberməkanının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və kiberməkanda hərbi əməliyyatlar keçirməkdən ibarətdir.
Bundan əlavə, təlimlər zamanı informasiya mübadiləsi və qərarların qəbul olunması prosedurlar yoxlanılacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.