banner
banner

Sosİal

Qan-damar xəstələrinə pis xəbər

Qan-damar xəstələrinə pis xəbər

Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev maqnit qasırğasından danışır 

“Cari 11 illik Günəş fəallığı tsiklinin ən güclü geomaqnit qasırğalarından birinə səbəb olan “gündüz ulduzu”nun kaprizi - 17 martda başlayan geomaqnit qasırğası hələ də davam edir”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, 20 mart tarixində maksimumu 9 olan şkala üzrə geomaqnit Kp indeksi hələ də 5 qiymətindədir: “17 martda isə bu rəqəm 8-ə çatmışdı. Lakin fəallıq artıq aşağı düşəcək və sabahdan etibarən tədricən öz əvvəlki - nisbətən sakit vəziyyətinə qayıdacaq. Əvvəlki xəbərlərimizdə qeyd etdiyimiz kimi, artıq texnoloji sistemlərə olan təsirlər barədə də məlumatlar yayılır. 10 MHz tezliyində işləyən radio tezliklərdə olan problemlər barədə operatorlar Yeni Zelandiyadan xəbər verir.  Geomaqnit qasırğasının nəticəsi olan əsrarəngiz təbiət hadisəsi – qütb parıltısı (Avrora Borealis) hətta ABŞ-ın aşağı coğrafi en dairələrində, Kanzas şəhərində belə müşahidə olunub. Bu hadisə nadir hallarda baş verir və adətən yuxarı en dairələrində daha çox müşahidə edilir”.

E. Babayevin sözlərinə görə, son günlər bir çox insanlarda ürək döyüntülərinin artması, impulsiv baş ağrıları, halsızlıq kimi əlamətlər artıb: “Ürək-qan-damar xəstəliyinə düçar olmuş insanlar isə daha çox təsirə məruz qalıblar. Nəzərə almaq lazımdır ki, meteoroloji şəraitin kəskin dəyişmələri də kosmik hava ilə yanaşı, öz mənfi effektlərini nümayiş etdirib. Yəni, bu günlərdə kosmik və “yerüstü” havalar unison olaraq mənfi təsir göstərib”.

E. Babayev bu gün tam Günəş tutulmasının da baş verəcəyini xatırladıb: “Lakin tutqun hava şəraiti Bakıda qismən tutulmanı görməyə imkan vermir.  Bu gün həm də Ay növbəti dəfə təzələnir. Martın 20-dən 21-nə keçən gecə isə təqribən 02:45-də yaz gecə-gündüz bərabərliyi nöqtəsindən Günəşin “keçməsi” ilə yurdumuza Bahar qədəm qoyacaq.

Onu da əlavə edim ki, Günəş cari 24-cü 11 illik fəallıq tsiklinin ikinci maksimumunu 2014-cü ilin əvvəlində keçib və fəallıq tədricən düşməkdədir. Adətən, fəallığın enmə mərhələsində geomaqnit qasırğaları daha intensiv və güclü olur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.