Bu gün Daun Maarifləndirmə günüdür. Cia.az xəbər verir ki, hər il mart ayının 21-də Ümumdünya Daun Maarifləndirmə günü kimi qeyd olunur. Daun sindromu diaqnozu təsdiq edildikdən sonra valideynlərə öz övladlarını erkən uşaq müdaxilə proqramlarına və yaxud reabilitasiya mərkəzlərinə cəlb etməlidirlər. Bu proqramlar dil, idrak, özünəyardım və ünsiyyət qurma ilə bağlı qabiliyyətləri öyrətmək, onların lazımı hərəkətlərinin formalaşması üçün müvafiq idman məşğələləri həyata keçirilir.
Daun sindromlu uşaqları zəif və güclü tərəfləri var. Məsələn, eşitmə, görmə, nitqində əqli cəhətdən geri qalması, ürəyində qüsurlar ola bilər. Amma belə uşaqlarda yamsılamaq, təqlid etmək bacarığı yüksəkdir. Daun sindromlu uşaqlar mətni tez qavrayırlar . Onlarda mexaniki yaddaş güclü olur. Daun sindromu ilə dünyaya gələn uşağı infeksiya və xarici təsirlərdən daha çox qorumaq lazımdır. Doğulan daun sindromlu körpəyə xüsusi diqqət və qayğı ilə yanaşmaq gərəkdir. Bu onların yaşayış keyfiyyətlərini artıraraq normal inkişaf keyfiyyətlərini artıraraq normal insanların yaşayış səviyyəsinə yaxın həyat tərzi sürməsinə imkan verəcək. Təxmini hesablamalara görə, daun sindromlu şəxslər təxminən 47 yaşına kimi yaşayırlar. Son illər daun sindromlu kişilərin övlad sahibi ola biləcəyi ehtimal olunur. Qizlar isə normal insanlarla ailə qurduqda dünyaya sağlam uşaq gətirdikləri müəyyən olunub. Belə uşaqlar xüsusi istedada mailk ola bilərlər. Məsələn, rəssamlıq, aktyorluq və s. Daun sindromlu uşaqlara xas olan xüsusiyyətlər var: mehriban olurlar, kin saxlamırlar, çox həssasdırlar, dürüstdürlər, eqoist deyillər, yalan danışmağı bacarmırlar, qaydalara əməl edirlər, incəsənətə xüsusi qabiliyyətləri vardır. Ona görə də, əziz valideynlər övladınızın qayğısına qalın, onların bacarıqlarının üzə çıxarılmasına yardımçı olur. Daunu bir xəstəlik kimi yox. Bir fərqlilik kimi qəbul edin.
Sonradan uşaqların daun sindromlu olma riski varmı? Bu problemin cavabı uşağın xromosom dəyişməsinin növünə bağlıdır. Risk yüksək deyil, lakin istisnalar da ola bilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.