banner
banner

Sosİal

“Elman Fəttah məni hədələdi”- Müsavatda ara qarışdı

“Elman Fəttah məni hədələdi”- Müsavatda ara qarışdı

“Antimüsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada Məmmədli bundan nəticə çıxartmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri istefa verəcək, digərlərinin isə müvafiq strukturlar partiyadan xaric olunmaları məsələsinə baxacaq”.

Bunu “facebook”da müsavatçıların toplaşdığı qrupda Müsavat başqanının müavini Elman Fəttah yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib və onları seçim etməyə çağırıb. O deyib ki, müsavatçılar ya partiyada qalmalı, ya da ADR-də təmsil olunmalıdırlar.  

Dünən isə Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) keçmiş sədri İbrahim İbrahimli bu çağırışın qanuna və Müsavat Nizamnaməsinə zidd olduğun deyib.

Müsavat Partiyası Qadınlar Birliyinin sədri və ADR İdarə Heyətinin üzvü Ellada Məmmədli isə APA-ya bildirib ki, Müsavat rəhbərliyində təmsil olunanlar qapalı qrupda İbrahim İbrahimlinin cavabını silirlər: “İstər partiyada, istərsə Müsavatın qapalı qrupunda birtərəfli təbliğat aparılır. ADR üzvlərini müsavatçı hesab etmirlər, burda rəyləri, yazıları silinir. Bu mövziyla əlaqədar yazıma cavab olaraq, Elman Fəttah məni hədələdi”.

E. Məmmədli deyib ki, o, bu gün hansı səbəbdən xəbərdarlıq aldığını anlayıb: “Sən demə, mən antimüsavatçı imişəm. Həyatımın 22 ilini partiyaya sərf edəndə niyə antimüsavatçı olmurdum? İndi məhz qrup maraqlarına cavab vermədiyim üçün antimüsavatçıyam? Elman Fəttah mənimlə bağlı səsləndirdiyi ittihamı isbat etməsə, müvafiq strukturlara müraciət edəcəyəm”.(apa)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.