banner
banner

Gündəm

Hacıyevlər məhkəmələrinə necə hazırlaşır

Hacıyevlər məhkəmələrinə necə hazırlaşır

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin və onun Britaniyada polis nəzarəti altına verilmiş həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə məhkəmə proseslərinin vaxtı məlum olub. Cahangir Hacıyevə yeni ittihamlar bu ilin əvvəlində verilib. O, bu dəfə keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə hakim qarşısında dayanacaq. Hazırkı cinayət işi Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. İş üzrə məhkəmənin növbəti ilin yanvarında olacağı bildirlir. Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan  Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki  Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

Sabiq bankirə bu dəfə də CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlar üzrə C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır. Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və 13 il həbs cəzası alıb. Apelyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb.  Barəsindəki ilk məhkəmə hökmü üzrə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb...

Zamirə Hacıyeva Londonda ile ilgili görsel sonucu

Cahangir Hacıyevlə bağlı 2-ci cinayət işi araşdırıldığı bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları onun Britaniyada yaşayan həyat yoldaşı Zamirə Hacıyeva barəsində də araşdırmalara başlayıblar. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı  mənimsəmə ittihamı irəli sürüb. Məhkəmənin qərarına əsasən barəsində həbsli axtarış elan olunub. Britaniya hüquq-mühafizə orqanlarına Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı müraciət göndərilib. Bundan sonra bu il noyabrın 2-də Z.Hacıyeva Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat girov qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.  Onun Londonda aldıqları və xərclədikləri isə hətta ən varlı ingilis ailələrinin də böyük marağına səbəb olub.

Zamirə Hacıyeva Londonda ile ilgili görsel sonucu

Zamirə Hacıyeva Londonda 11.5 milyon funt sterlinqə (15.13 milyon dollar) ev alıb. Evin hazırkı qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bundan başqa, idman klubları alıb və s. Z.Hacıyevanın  bilinən xərclərinin ümumi məbləği 109 milyon 140 min dollardır.  Londonun Vestminster rayonunun Magistrat Məhkəməsi xanım Hacıyevaya bu varidatın mənbəyini açıqlamaq üçün gələn ilin iyun ayına qədər vaxt verib. 2019-cu ilin iyununda Z.Hacıyeva növbəti dəfə məhkəmə qarşısında dayanacaq. Həmin məhkəmənin qərarından asılı olaraq Z.Hacıyeva Azərbaycana göndərilə bilər.

“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.