Bir müüdət əvvəl aparıcı və prodüser Acun İlıcalıdan boşanan Şeym Subaşı paylaşımları ilə təəccübləndirməyə davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma bu dəfə də cəsarətli fotoları ilə izləyicilərin müzakirə obyektinə çevrilib.
Bikinili şəkillərini sosial şəbəkə istifadəçilərinin ixtiyarına verən Subaşı minlərlə "like" toplayıb. İzləyicilərdən biri "Bədənin həqiqətən gözəldir" şərhini yazıb.
Qeyd edək ki, 14 aylıq evlilikdən sonra Acun və Şeyma ötən ilin noyabrında ayrılıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.