Acun İlıcalının "Miss Turkey 2017" yarışmasında Türkiyə gözəli seçilən İtır Esenlə birlikdə olma xəbəri gündəmdən düşmür.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İtır müsahibə verərək eşq iddialarını cavablandırıb. "YouTube" layihəsi üçün işləməyə başlayanda Acun İlıcalı ilə görüşdüm. Həftənin 2-3 günü sınaq çəkilişləri edirik. Yeni layihə olduğu üçün özü də yaxından maraqlanır. Birlikdə həm gözəl layihə hazırlayır, həm də gözəl vaxt keçiririk. "Acun Medya"nın yaradıcı heyəti çox əyləncəlidir. Acunla həftədə 3 dəfə görüşürük" deyən Esen eşqlə bağlı sualları da üstüörtülü cavablandırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.