banner
banner

Gündəm

Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb - Nazir

Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb - Nazir

Ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb.

Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə (FAO) tərəfdaşlıq proqramının işə salınmasına həsr olunmuş tədbir zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunu prioritet sahələrindəndir:

 

“Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100faizdən çox olub”.

İ.Kərimov vurğulayıb ki, aqrar sahənin inkişafının əsas istiqamətləri ərzaq təhlükəsizliyinin təminatı, ölkənin sağlam qida ilə təmin olunması və kənd rayonlarının inkişafıdır:

“Bu baxımdan bizim prioritetlərimiz FAO ilə üst-üstə düşür. FAO beynəlxalq arenada Azərbaycan ən vacib tərəfdaşlarındandır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.