banner
banner

Sosİal

Yaz havası geri qayıdır

Yaz havası geri qayıdır

Bu gündən başlayaraq yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava mülayimləşəcək, temperatur tədricən yüksələcək. Azərbaycanın bölgələrində sabahdan başlayaraq yağıntılar kəsəcək. Martın 26-da havanın yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cia.az-a verilən məlumata görə, martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir. Lakin günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacaq. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında martın 25-də havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında martın 25-də bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi gözlənilir. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.