“Murad Aşurlunun qəzaya uğraması xəbəri çox güman ki, doğrudur.
Bununla bağlı, federasiyanın prezidenti İsrafil Aşurlu ilə əlaqə saxlamaq istədim, amma zəngimə cavab vermədi. Araşdırıb öyrəndim ki, İsrafil müəllim Himalay dağlarına yollanıb, artıq Nepaldadır. Görünür, yayılan pis xəbər doğrudur”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov deyib.
Qeyd edək ki, Alpinizm Federasiyasının vitse-prezidenti S.Mursaqulov deyib ki, M.Aşurlu İsrafil Aşurlunun əmisi oğludur.
Nepal KİV-lərinin yaydığı xəbərə görə, Murad Aşurlu 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən bədbəxt hadisə ilə üzləşib. Uçqun nəticəsində onun öldüyü bildirilir.
*****
Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.
Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb. “Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.
Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciəvi hadisə baş verib.
Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.