"İnstagram" mobil tətbiqinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Avropa, Şimali və Cənub Amerika və Asiya ölkələrində müşahidə edilir. Qüsurlarla həmçinin Rusiya sakinləridə üzləşiblər, problemlər haqqında Moskva sakinləri xəbər verir.
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 47 faizi xəbər lentinin yenilənməməsi, 17 faizi sosial şəbəkənin "web" versiyasında problemlərin olmağı, 35 faizi isə öz akkauntları ilə sosial şəbəkəyə daxil ola bilməmələri ilə bağlıdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.