Məmur arvadını açıq-saçıq şəkillərinə görə atdı- FOTOLAR
Ukraynanın Xarkov ərazisinin Derqaçevski rayonunun yeni başçısı Aleksandr Polituxin selfi həvəskarı olan həyat yoldaşından boşanmaq qərarına gəlib. Cia.az-ın məlumatına görə, buna səbəb 32 yaşlı Yelena Polituxanın paylaşdığı seksual selfiləri olub. Həyat yoldaşının evi tərk edərək getməsi gənc qadını sözün əsl mənasında şoka salıb. Əri tərəfindən tərk edilən selfi həvəskarı azyaşlı oğlu ilə tənha qalıb. Ukraynalı sarışın gözəl ərinin heç bir açıqlama vermədən getdiyini deyib. Lakin ailənin yaxınları siyasətçinin evdən ayrılmasına səbəb kimi arvadının açıq saçıq fotolarını göstəriblər. Əri evi tərk etdikdən sonra çətin günlər keçirən Yelena təsəllini yenə də internetdə tapıb. "Bir anayam. Övladım var və 10 illik evliyəm. Ərim heç nə demədən evi tərk edib" sözlərindən sonra ona dəstək mesajları gəlməyə başlayıb. Aleksandr Polituxa dövlət işində çalışana qədər bizneslə məşğul olub və o, Ukraynada ən böyük sabun istehsalçılarından biri hesab edilir.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.