Lopes və onun gələcək həyat yoldaşı idmançı Aleks Rodriqes toyları haqqında danışmamağa üstünlük verirlər.
Bu ilin yazında nişanlanan 50 yaşlı Cenifer və onun 44 yaşlı sevgilisi Rodriqes toylarının hər xırda detalına ayrıca zaman və pul ayırıblar.
Toyun Mayamidə baş tutacağı və cütlüyə 3 milyon dollara başa gələcəyi söylənilir. Toya 500 nəfər qonaq gələcəyi gözlənilir. Süfrəni ləziz yeməklər və on yaruslu nəhəng tort bəzəyəcək. Toyda dünya ulduzlarının çıxışı, sonda isə atəşfəşanlıq olacaq.
Geyimə gəlincə, bu barədə də bir neçə fikir dolaşır. Aktrisanın “Versace”dən geyinəcəyi gözlənilir.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.