Ümumdünya Səhiyyə Təşkilatı havanın keyfiyyətini 2019-cu ildə bəşəriyyət üçün əsas təhlükə adlandırıb.
Trend-in məlumatına görə, müvafiq araşdırmada bildirilir ki, Yerin hər 10 sakinindən 9-u hər gün çirklənmiş hava ilə nəfəs alır. Bu, onkoloji və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur.
Yeni araşdırmanın müəllifləri çirklənmiş atmosferin zərərli təsirləri üzrə siyahıya daha birini – "xoşbəxtlik indeksi"nin azalmasını da daxil ediblər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.