Sasseks hersoginyası, 37 yaşlı Meqan Markl Amerikaya yollanıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Baby shower" şənliyi üçün Nyu-Yorka gedən Markl yenə də xərclədiyi pullarla gündəmə gəlib.
Məlumata görə, o, ilk olaraq Yuxarı İst-Saydda partinin təşkil ediləcəyi otelin girişində görüntülənib.
Meqan axşam saatlarında isə Nyu-Yorkdakı dostları ilə 5 ulduzlu “The Mark Hotel”də bir araya gəlib. Onlar birgə şəhərin məşhur restoranı “The Polo Bar”a yollanıb.
İddialara görə, Markl şəxsi mühafizəçilərə 14, təyyarə biletlərinə 250, otelə isə 10 min dollar ödəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.