banner
banner

Gündəm

Eldar Mahmudovun “unudulması”nın mübhəmləri

Eldar Mahmudovun “unudulması”nın mübhəmləri

2015-ci il oktyabrın 17-də tutduğu vəzifədən çıxarılandan sonra Eldar Mahmudov yaxasını istintaqçılardan kənar tutmağı bacarır. Ətrafında aparılan həbslər onun yaxın qohumlarına qədər uzansa da, sabiq nazir bu günə qədər azadlıqdadır. 

2016-cı ili tam olaraq, 2017-ci ilin 10 ayını Eldar Mahmudov ümumiyyətlə, sorğulayan olmayıb. Vəzifədən çıxarılandan sonrakı 2 ildə toxunulmaz qalması belə bir fikir formalaşmışdı ki, Eldar Mahmudov istintaqa çağırılmayacaq. 2017-ci ilin noyabrında Eldar Mahmudovu ilk dəfə istintaqa çağırdılar və “MTN işi”nin növbəti mərhələsi başladı. Zərərçəkənlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin önünə gedib sabiq nazirin dindirməsinin yekunlaşmasını gözlədilər, idarədən çıxan Eldar Mahmudovun üzünə düşündüklərini dedilər. 2017-ci ilin sonuna qədər Eldar Mahmudov 4 dəfə dindirildi. Bu cür gəlişmə Eldar Mahmudovun 2018-ci ildə həbs edilə biləcəyi ehtimalını gücləndirmişdi. Bu da əbəs deyildi. Sabiq naziri yaxın çevrəsində olmuş, hazırda həbs həyatı yaşayan generallarla üzləşdirmişdilər. Belə bir üzləşmələrdən biri Eldar Mahmudovla ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovla olmuşdu.  Üzləşmə mövzusunun Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarması olduğu da gələn xəbərlər sırasında idi. Eldar Mahmudova ittihamların ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlı ola biləcəyi də qeyd olunurdu. Maraqlıdır ki, 2018-ci il Eldar Mahmudov üçün sakit keçib, 2019-cu ilin ötən ay və günləri də sabiq nazirin rahatlığını pozmayıb. Bu günə qədər ictimaiyyətə Eldar Mahmudovun statusu haqda da məlumat verilmir. Onun “MTN işi” şahid və ya təqsirləndirilən şəxs olması da bilinmir. 

İlham İsmayıl ile ilgili görsel sonucu

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Eldar Mahmudovun ölkədən 1 milyarddan artıq pul çıxardığını açıqlamışdı:“Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır”.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də məhkəmə qarşısındadır. O da ölkədən milyardlarla pul qaçırmaqda ittiham olunur. C.Hacıyev əvvəlki ittihamlarla 15 il müddətinə azadlıqdan məhrum edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.