Sabah paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq. "Azəryolservis" verdiyi məlumata görə bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Martın 26-ı isə səhər saat 07:00-dan etibarən təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.