banner
banner

Gündəm

Nazir Ramin Quluzadə Çində “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb

Nazir Ramin Quluzadə Çində “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasında iştirak etmək məqsədilə Çin Xalq Respublikasının Pekin şəhərində səfərdədir.

Trend-in məlumatına görə, səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Görüş zamanı “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Qeyd edək ki, gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər.

Səfər çərçivəsində nazir Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

 

Bu xüsusda “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin qısa müddət ərzində icrası istiqamətində mümkün addımların atılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı layihə çərçivəsində Qazaxıstan istiqamətində Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsinin texniki həlli yolları, layihə üzrə iqtisadi əsaslandırmanın hazırlanması, o cümlədən Çin tərəfinin bu magistraldan gələcək istifadəsi üzrə tələbatların öyrənilməsinə dair məsələlər müzakirə edilib.

Eyni zamanda şirkətin Azərbaycanla Türkmənistan arasında da dənizaltı fiber-optik kabel magistralının tikintisi ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu sahədə daha detallı texniki və iqtisadi məsləhətləşmələrin aparılması məqsədilə “Huawei” və “China Telekom” şirkətlərinin rəhbərliyi Azərbaycana dəvət olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.