Aktrisa Serenay Sarıkaya xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın məlumatına görə, bu barədə aktrisa özü məlumat verib. O, xəstəxanada çəkilən fotosunu paylaşıb və bu sözləri yazıb: "Bunu buraya qoymaq istədim, çünki məqsədim xatırlatmaqdır. İçində olduğum bu yeni dünyanın yaşatdığı hər şey, yaxşı, ya da pis olmasına baxmayaraq təcrübədir. Son 3 oyunda sistemlərlə ayağa qalxa bilirəm.
Bəzən qaldıra biləcəyimdən çox stress və gərginlik yaşayıram. Bu səhnə illərdir içində olduğum televiziya, film aktrisalığından daha çoxdur. Öyəşdiyimdən daha fərqlidir. Səhnənin başqa qaydaları var. Xəstəyəm, gələ bilmirəm demək olmur. Bütün ustalara salam olsun. Səhnənin tozu artıq damarlarıma girib".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.