Mikayıl Cabbarovdan gənc məktəb direktoru - Təyinatı+FOTO
Təhsil Naziri Mikayıl Cabbarov S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına yeni direktor təyin edib.
CİA.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq yeni direktor Səbinə Turabova kollektivə və şagirdlərə təqdim olunub. 29 yaşlı S. Turabova Azərbaycanda ən gənc məktəb direktoru sayıla bilər.
Yeni direktor deyib ki, belə bir təyinat alacağından əvvəlcədən xəbəri olmayıb: “Bundan öncə Gimnaziyada Təmayül Fənnlər üzrə direktor müavini idim. Bir gün Təhsil Nazirliyindən ev telefonuna zəng gəldi və nazirliyə çağırıldım. Səbəbini soruşanda dedilər ki, sizə vəzifə həvalə olunub. Hazırda direktorluq fəaliyyətimlə yanaşı, ingilis dili müəlliməsi kimi də işimi davam etdirirəm”.
Yeni direktor bildirib ki, o məktəbdə ilk növbədə ciddi nizam-intizam qaydalarına önəm verəcək: “Daha ciddi rejimdə çalışacağıq. Bütün şagirdlər nazirliyin tətbiq etdiyi məktəbli formalarında dərsə buraxılacaqlar. Şagirdlərin və müəllimlərin dərsə gecikmə hallarının qarşısı alınacaq. Keyfiyyətli təhsilin başlanğıcı nizam-intizamdan başlayır. Ən əsası da təhsilin keyfiyyətinin yüksəldilməsinə çalışacağıq. İldə bir neçə dəfə imtahanlar keçiriləcək. Yenilik ancaq savadlı kadrların yetişdirilməsinə çalışmaq olacaq. Şagird məktəbə formal olaraq gəlib getməməlidir. Gimnaziya ilə bağlı əsas istəyim millətimizə, gələcəyimizə yararlı uşaqlar yetişdirməkdir”.
Turabova Gimnaziyanın binasının təmir olanacağına ümid etdiyini də bildirib.
Təhsil Nazirliyindən bildirilib ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifəsinin icrası həmin təhsil müəssisəsinin təmayül fənlər üzrə direktor müavini Səbinə Turabovaya həvalə edilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.