Xəzər rayonunun Binə qəsəbəsində ümumi sahəsi 160 min kv.m-dən çox olan küçə və yollarda təmir-tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluqları 2 km-ə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə anoloji işlərin uzunluqları 9 km-dən artıq olan Binə Südçülük sovxozu və “Binə aqro kompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2.5 km uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla enləri 6-7 metr təşkil edir.
Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür.
İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.