Bakıda iş saatlarının dəyişdirilməsi təklif edilir
Bakı Nəqliyyat Agentliyi paytaxtdakı sıxlığı aradan qaldırmaq üçün iş saatlarının dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürüb.
Xezerxeber.az-ın məlumatına görə, təkliflər uzunmüddətli araşdırmalar əsasında hazırlanıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, problemi aradan qaldırmaq üçün Nazirlər Kabinetinə ayrı-ayrı müəssisələrdə iş vaxtlarının başlama və bitmə saatlarının dəyişdirilməsi ilə bağlı təkliflər göndərilib. Təkliflər ilk olaraq dövlət idarə və təşkilatlarının iş saatlarını əhatə edir.
Mais Ağayevin sözlərinə görə, təkliflər qəbul edildikdən sonra müsbət nəticə verərsə, özəl təşkilatlarda da eyni qaydanın tətbiq edilməsi mümkün ola bilər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.