Facebook və Instagram-ın fəaliyyətində problemlər yaranıb
“Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində problemlər yaranıb.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dünyanın bir çox ölkəsindən olan sosial şəbəkə istifadəçiləri sözügedən problemlə rastlaşdıqları barədə məlumatlar paylaşıb.
“Facebook”un fəaliyyətindəki problemlər əsasən şəxsi profillərə daxil olmaqla bağlı yaranıb və Bakı vaxtı ilə saat 19:56-da meydana gəlib. Təxminən 35% istifadəçi şəbəkəyə daxil olmaqda, 33% istifadəçi isə şəxsi səhifələrini yeniləməkdə çətinliklərlə üzləşib.
“Instagram”da yaranmış problemlər isə Bakı vaxtı ilə təxminən saat 19:00-a təsadüf edib. Sözügedən problemləri araşdıran Downdetector portalının məlumatına görə, 48% istifadəçinin şikayəti xəbər lentini yeniləməklə, 32% istifadəçinin şikayəti isə şəxsi səhifələrinə daxil olmaqla bağlıdır.
Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.