"Bu gün Azərbaycanda yeni doğulan uşaqlar arasında cinsi nisbətin pozulması halının qarşısını almaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var". Bunu Trend-ə aşıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, son illər doğulan uşaqlar arasında cinsi nisbətin pozulması müşahidə olunur və bu ümumilikdə əhalinin cins strukturuna təsir göstərir: “Komitə dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, demoqrafik təhlükəsizliyin təmin olunması və gələcək nəslin sağlam formalaşması istiqamətini strateji məsələlərdən biri kimi qəbul edir. Komitə hər zaman bu strateji məsələni gündəmdə saxlayır və bu sahədə bir sıra təhlillər aparır, maarifləndirici layihələr həyata keçirir”.
S.Qəhrəmanova bildirib ki, ölkədə yeni doğulan oğlanların sayı qızların sayından daha çoxdur. Yeni dünyaya gələn körpələrdən 53,6%-i oğlanlar, 46,4 %-i isə qızlardır: “Bu balansı tarazlaşdırmaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var. Ailədə cinsə görə ayrı-seçkilik edilirsə, bunun səbəbkarı valideynlərdir, xüsusilə də valideynlərdə formalaşmış stereotiplərdir. Biz bu qənaətdəyik ki, maarifləndirmə yolu ilə insanların düşüncə tərzini dəyişdirmək daha çox təsirli yollardandır”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.